"Milan"dan "Arsenal"a?
"Arsenal" "Milan"ın qapıçısı Lorenzo Torrianini transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, ingilis klubu 20 yaşlı futbolçunun "Milan"dakı gələcəyi ilə bağlı italyanların qərarını gözləyir. Onun Seriya B komandasına icarəyə verilməsi mümkündür.
2025/26 mövsümündə Torriani 10 matçda 12 qol buraxıb. Onun komanda ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.