"Neftçi"nin sabiq baş məşqçisi: "Futbolda korrupsiya..."

  • 28 Yanvar 2025, 18:15

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç futbolda korrupsiya problemindən danışıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu problemin təkcə Rusiyada deyil, bütün dünyada mövcud olduğunu bildirib:

“Dələduzluqla bağlı cinayət işi başlanandan sonra belə, Rusiya Premyer Liqasında hakimlik dəyişməyəcək. Bu vəziyyətdə günahkar hakimlər deyil, bu pulu verən insanlardır. Əgər heç kim nəyisə təklif etməsəydi, o zaman hakimlər əvvəlki kimi işləyəcək, hər kəs kimi səhvlər edəcəkdilər. Şübhələr olduqda, bu məsələlərdə səhvlər fərqli görünür. Hakimlər özləri demirlər ki, bizə pul verin. Bu, təkcə Rusiyanın deyil, dünya futbolunun problemidir".

Miodraq Bozovic Rusiyada “Amkar”, FK Moskva, “Dinamo”, “Rostov”, “Lokomotiv”, “Arsenal” və “Krylia Sovetov” klublarında çalışıb.


Paylaş: