Neymarın "Santos"a qayıdacağı təsdiqləndi

  • 28 Yanvar 2025, 23:06

"Santos"un prezidenti Marselo Teyşeyra braziliyalı hücumçu Neymarın tezliklə transfer olunacağını açıqlayıb.

Sportlife.az xəbər verir ki, funksioner bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Zaman çox sürətlə keçir. Yeni tariximizi yazmağın vaxtıdır. Evə gəl, səni burada qucaq açıb gözləyirik!" — Teyşeyra yazıb.

Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir və 2009-2013-cü illərdə əsas komandada çıxış edib.


Paylaş: