Pis çempion - "Liverpul"
"Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kin "Liverpul"un İngiltərə Premyer Liqasında cari mövsümdəki çıxışını şərh edib.
Sportlife.az xəbər verir ki, hazırda futbol eksperti kimi fəaliyyət göstərən veteran yarımmüdafiəçi komandanın əvvəlki mövsümlə müqayisədə ciddi geriləmə yaşadığını bildirib:
"Liverpul" pis çempiondurlar. Böyük klublarda oynayıb titul qazananda növbəti mövsüm bütün diqqətlər sənin üzərində olur. Mersisaydlılar hazırda ötən mövsümdən çox geridədir. Bunun səbəbləri var: zədələr və heyət dəyişiklikləri. Amma fərq çox böyükdür. Onlar ötən mövsümdən 14 xal geridədirlər - bu, çox pis nəticədir".