Qari Nevil "Mançester Yunayted"in şanslarını dəyərləndirdi
"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill bu mövsümün sonunda mankunianlıların Premyer Liqanın ilk 4-lüyə düşmək şanslarını dəyərləndirib.
Sportlife.az xəbər verir ki, o, hesab edir ki, hazırda komanda mövsümün ilk hissəsi ilə müqayisədə daha yaxşı oynayır, lakin hələ də idealdan uzaqdır.
“Mançester Yunayted” mövsümü ilk dördlükdə bitirə bilər. Komanda mövsümün ilk yarısını dəhşətli keçirdi, bir çox matçlar uğursuz alındı. İndi onlar daha yaxşı oynayırlar, lakin bu, hələ də idealdan uzaqdır”, - deyə "Sky Sports" Nevilldən sitat gətirib.
Premyer Liqanın 24 turundan sonra “Mançester Yunayted” dördüncü yerdə olan “Tottenhem”dən 6 xal geri qalaraq, turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.