"Real"ın futbolçuları qəzaya düşdülər

  • 12 Fevral 2024, 21:10

Leyptsiqdə "Real Madrid"in futbolçularını daşıyan avtobus qəzaya düşüb.

Sportlife.az "Bild"ə istinadla xəbər verir ki, Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə ilk oyunu üçün Almaniyaya gəlib.

Aeroportdan səyahət zamanı sürücüsü zolaq dəyişdirərkən qaydanı pozan sərnişin avtomobili "Los Blancos" avtobusuna çırpılıb. Qeyd olunur ki, qəzanın günahkarı dəymiş ziyanı 3 min avro qiymətləndirib, “Real”ın avtobusuna heç bir ziyan dəyməyib.


Paylaş: