Şahruddin əsas heyətdə oynadı, komandası məğlub oldu
Millimizin futbolçusu Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında ilk dəfə rənglərini qoruduğu "Adana Demirspor"la əsas heyətdə oynayıb.
Sportlife.az xəbər verir ki, qolkiper doğma meydanda komandasının autsayder "Samsunspor"a qarşı matçında 3 qol buraxıb. Nəticədə qonaq komanda 3:2 hesablı qələbə qazanıb.
Xatırladaq ki, "Adana Demirspor" 23 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Qonaqlar isə 11 xalla 18-ci pilləyə yüksəlib.