Gəncədə yeni stadion tikiləcək

Gəncədə yeni stadion tikiləcək

  • 28 Sentyabr 2023, 12:37

Gəncədə yeni stadion tikiləcək.

Sportlife.az xəbər verir ki, bu barədə “Kəpəz”in baş məşqçisi Azər Məmmədov məlumat verib. Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan hazırkı stadion söküləcək və yerində yenisi inşa olunacaq. Baş məşqçi yeni stadionun tikintisinə birbaşa olaraq Gənclər və İdman Nazirliyinin nəzarət edəcəyini bildirib:

 

 

“Türklərdən ibarət briqada stadiona baxış keçirib. Stadionun sökülüb, yenidən tikilməsi qərara alınıb. Bildiyimə görə, ”Qəbələ” ilə ev oyunumuzdan sonra söküntü işləri başlayacaq. 2025-ci ildə 16 minlik tutumu olacaq stadion təhvil verilməlidir”. 

A.Məmmədov “Kəpəz”in stadion tikintisi getdiyi müddətdə ev oyunlarını Qəbələdə keçirmək ehtimalının olduğunu qeyd edib: “Açığı, bizə Bakıda oynamaq sərf etməz. Çünki büdcəmiz elədir ki, uzaq məsafə olsa, çətinlik yaranar. Ona görə də yəqin Qəbələ olar. Yenə də qərar klub rəhbərliyi açıqlayacaq”.

Qeyd edək ki, 1963-cü ildə istifadəyə verilən Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğu üçün yalnız 3 minə qədər azarkeşin matçlara buraxılmasına icazə verilir. Əvvəllər isə stadionun 27 min azarkeş tutumu olub (qol.az).


Paylaş: