PSJ portuqaliyalı futbolçunu transfer edir

  • 1 Avqust 2024, 12:56

PSJ Joau Neveş transferini bitirməyə yaxındır.

Sportlife.az xəbər verir ki, Paris klubu gənc yarımmüdafiəçi üçün "Benfika" ilə razılığa gəlib. Lissabon klubu bu keçiddən 60+10 milyon avro qazanacaq.

Renatu Sanşeş də bu keçidin bir hissəsi olaraq "Benfika"ya qoşulacaq.

Neveş bu gün PSJ üçün tibbi baxışdan keçəcək. O, daha sonra rəsmi müqaviləyə imza atacaq.


Paylaş: