"Reyncers" də  Bəhlulu istəyir

"Reyncers" də Bəhlulu istəyir

  • 26 Aprel 2019, 17:02

Şotlandiyanın daha bir klubu - "Reyncers" də Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə ilə maraqlanır. 

Sportlife.az xəbər verir ki, bu barədə "Rangersnews.uk" saytı məlumat yayıb. Bildirilir ki, vaxtilə "Qəbələ"də çıxış etmiş Endi Hallidey də futbolçumuzu bu keçidə razı salmağa çalışacaq. 

Qeyd edək ki, bir müddət öncə "Seltik"in də Bəhlulla maraqlandığı və onun keçidi ilə bağlı danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.


Paylaş: