Millimizin üzvü vitse-kapitan seçildi

  • 17 Yanvar 2026, 13:13

Cənubi Koreyanın "Tedjon" klubu 2026-cı ilin kapitan heyətini açıqlayıb.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyuk vitse-kapitan təyin edilib.

Komandanın əsas kapitanı Ju Min-Kyu, digər əvəzediciləri isə Lee Soon-Min və Ha Çang-Ra olacaq.

Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ildən "Tedjon"da çıxış edir.


Paylaş: