"Araz-Naxçıvan"ın futbolçusu: "Heyətə düşmək barədə problem görmürəm" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın futbolçusu: "Heyətə düşmək barədə problem görmürəm" - MÜSAHİBƏ

  • 3 Fevral 2024, 12:54

“Araz-Naxçıvan” klubunun 23 yaşlı yarımmüdafiəçisi Elçin Mustafayevin Sportlife.az saytına müsahibəsini təqdim edirik:

- Azərbaycan Premyer Liqanın 20-ci turunda "Sumqayıt"la heç-heçə etdiniz. Oyunla bağlı təəssüratların necə oldu?

“Sumqayıt”la oyuna yaxşı başlamışdıq. Sadəcə ilk hissənin sonunda standart vəziyyətdən qol buraxdıq. İkinci yarıda da şansları dəyərləndirə bilmədik. “Sumqayıt” bizim üçün ağır rəqiblərdən biridir. Onlarla hər oyun çətin keçir.

- Mövsüm ərzində ilk dəfə idi ki, əsas heyətdə meydana çıxdın və 90 dəqiqə mübarizə apardın. İlk "onbirliy"ə düşməklə bağlı problemin nədədir?

Heyətə düşmək barədə problem görmürəm. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Nə vaxt mənə şans verilsə, mən də çıxıb əlimdən gələni etməyə çalışıram.

- Ötən mövsüm "Şamaxı"da olarkən belə bir problem yaşamırdın. Komandanın əsas heyət üzvlərindən biri idin...

“Şamaxı”da keçən il heyət yerlilərdən ibarət idi. Mən indi də məşqlərimi edirəm. Hər bir futbolçu istəyər ki, heyətdə olsun.

- "Araz Naxçıvan"ın bu mövsüm üçün şanslarını necə dəyərləndirirsən? Mükafatçılar sırasına düşmək olar?

Əlbəttə olar. Niyə də olmasın?! Turnir cədvəlində 2-ci yerlə xal fərqimiz 5-dir. Hər şey özümüzdən aslıdır.

 

Hidayət Qurbanov


Paylaş: