"Neftçi" də ardıcıl çempionluqlar qazana bilər" - MÜSAHİBƏ

"Neftçi" də ardıcıl çempionluqlar qazana bilər" - MÜSAHİBƏ

  • 12 Fevral 2024, 13:55

“Neftçi”nin 29 yaşlı braziliyalı müdafiəçisi Yuri Matiasın Sportlife.az saytına müsahibəsini təqdim edirik:

Yenicə ad gününü keçirdin. Təbrik edirik. Bəs yeni yaşında özünə nə arzu edirsən?

- Təşəkkür edirəm. Tanrıya daha 1 il üçün minnətdaram. Arzum odur ki, ailəmin yanında uzun müddət yaşaya bilim.

“Neftçi” Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”la qarşılaşacaq. Finala çıxmağınız nə dərəcədə realdır?

- Yaxşı ki, biz yarımfinala vəsiqə qazana bildik. Hazırkı rəqib barəsində danışmağa ehtiyac yoxdur. Onlar illər ərzində nələr ediblər, hər kəsə məlumdur.

“Neftçi” ya az qol vurur, ya da çox qol vurduğu oyunlarda çox top buraxır. Bunun səbəbi nədir?

- Doğrudur. Bəzən az qol vurub, elə az qol da buraxırıq. Amma mən çox qol vurulmasının tərəfdarıyam. Çünki bu, bizi qələbəyə daha yaxın edir.

Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcəksiniz. Bu oyun “Neftçi” üçün nə qədər əhəmiyyətli olacaq?

- “Spartak”la yaxşı oyunumuz olacaq. Düşünürəm ki, bu oyun üçün xeyli azarkeş gələcək stadiona. Biz birlikdə qarşılaşmadan həzz alacağıq.

“Forza Neftçi” fan klubu yeni yaşını qeyd edir. Onlara “Neftçi”nin gələcəyi barədə nə vəd edə bilərsən?

- Mənim “Forza Neftçi” üçün arzum odur ki, onlar bizə həmişə dəstək olsunlar. Biz azarkeşlərimizi çox istəyirik və onlar üçün çalışırıq.

Səncə, “Neftçi”nin dominant kluba çevrilib, ardıcıl çempionluqlar qazanmasına nə mane olur? Ola bilər ki, “Qarabağ” çox güclüdür deyə alınmır?

- Bu, çox maraqlı sualdır. Biz bir qədər təvazökar olmalıyıq. Onların etdikləri iş ortadadır və çox sevilirlər. "Neftçi" də ardıcıl çempionluqlar qazana bilər. Niyə də olmasın?!

 

Qulammirzə Səfərli


Paylaş: