Olimpiya mükafatçımız mövqeyini qorudu

  • Dünən, 12:32

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin mart ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Avropa çempionu 124.32 xalla ikinci pillədə qərarlaşıb. Onun mövqeyində dəyişiklik olmayıb.

Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.


Paylaş: