Son çempiondan inamlı qələbə

  • 16 Dekabr 2025, 17:13

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Murov Az Terminal"la üz-üzə gələn son çempion "Azərreyl" 3:0 hesablı qələbəyə sevinib. Görüş "Murov Az Terminal"ın idman zalında baş tutub.

Qeyd edək ki, tura dekabrın 19-da yekun vurulacaq.


Paylaş: