![](https://sportlife.az/storage/xeber/175394_wmjrsi3sxq_3j26s9e35ew48.jpeg)
SON DƏQİQƏ: "Qarabağ" "Krasnodar"la razılığa gəldi - Kadi bu tarixdə müqaviləyə imza atacaq
"Qarabağ" və Rusiyanın "Krasnodar" klubları Kadi Borgesin transferi ilə bağlı razılıq əldə ediblər.
Sportlife.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacaq. Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq.
Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.