Konte Messiyə QARĞIŞ ELƏDİ: Onun bu matçda...

Konte Messiyə QARĞIŞ ELƏDİ: Onun bu matçda...

  • 19 Fevral 2018, 19:00

“Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Çelsi” - “Barselona” qarşılaşması ilə bağlı danışıb.

Sportlife.az xəbər verir ki, Konte oyunda çətin mübarizənin gedəcəyini dbildirib:

“Bir aydan artıqdı ki, bu oyuna köklənmişik və rəqibimizi yaxşı analiz etmişik. Rəqibimiz dünyanın ən yaxşı komandasından biridi. “Barselona” topla fantastik oyun sərgiləyir. Onlar top saxlamağı  çox sevirlər. Çalışacağıq ki, topu özümüzdə saxlayıb, rəqibi topsuz qoyaq.

Messi “Çelsi”yə qarşı keçirdiyi 8 oyunun heç birində qol vurmayıb. Onun bu matçda da ənənəsini davam etdirəcəyinə ümid edirəm. Fantastik oyunçudu, onu hamımız yaxşı tanıyırıq. Yalnız Messini dayandırmağa çalışsaq, bu təhlükəli ola bilər”, - Konte bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Çelsi” - “Barselona” matçı fevralın 20-də, Bakı vaxtilə saat 23:45 başlayacaq.


Paylaş: