Sumqayıt 20 yanvar şəhidlərini yad etdi

Sumqayıt 20 yanvar şəhidlərini yad etdi

  • 20 Yanvar 2018, 14:04

Azərbaycan xalqı bu gün qanlı yanvar faciəsinin 28-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Nəticədə yüzlərlə həmvətənlərimiz şəhid olmuşdular. Faciədən artıq 28 il keçir və xalqımız hər il olduğu kimi bu il də şəhidlərimizi dərin ehtiramla yad edir.

Sportlife.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxıb, Vətənimizin azadlığı uğrunda canlarından keçən insanların yaxınlarına səbr diləyib. Bu məqsədlə, klubun rəhbərliyi, məşqçi və futbolçu heyəti Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 20 yanvar şəhidlərini anıb.


Paylaş: