Erlinq Moe: “Qarabağ”, həqiqətən də, çox güclü komandadır"

Erlinq Moe: “Qarabağ”, həqiqətən də, çox güclü komandadır"

  • 1 Dekabr 2023, 10:35

“Qarabağ”, həqiqətən də, çox güclü komandadır".

Sportlife.az xəbər verir ki, bunu “Molde”nin baş məşqçisi Erlinq Moe evdə “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

53 yaşlı çalışdırıcı matçı belə dəyərləndirib: “Bakıdakı oyunda “Qarabağ” bizdən daha yaxşı çıxış etmişdi və qələbəyə layiq idi. Burada isə 90 dəqiqəni biz üstün keçirdik. Komandamla fəxr edirəm. Çünki güclü rəqibə qarşı bu cür oyun göstərdilər. Performansımızı “Bayer”lə son görüşdə davam etdirmək istəyirik”.

Erlinq Moe qrupdan çıxma şansları barədə bunları söylədi: “Qarabağ”ı hələ təbrik etmirəm. Çünki bizim hələ də Avropa Liqasının pley-offuna yüksəlmək şansımız var. Növbəti mərhələdə rəqibin kimliyi və “Qarabağ”ın necə çıxış etməsi də önəmli olacaq. Uzun illərdir Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisidir. Oyundan sonra onu təbrik etdim. Çünki avrokuboklarda rəqiblərinə çətinliklər yaradır”.

 


Paylaş: