Toralın qolu ən yaxşı seçildi

  • 8 Noyabr 2024, 19:43

"Qarabağ"ın futbolçusu Toral Bayramovun "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasının 4-cü turunun ən yaxşısı seçilib.

Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçunun qolu UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuya əsasən qalib olub.

Qeyd edək ki, T. Bayramov sorğuda Ayntraxt"dan Omar Marmuş, "Ludoqorets"dən Erik Markus və "Qalatasaray"dan Yunus Akgünü qabaqlayıb.


Paylaş: