![](https://sportlife.az/storage/xeber/195278_yr2xw6tcv1.jpg)
"Belə oyunları uduzanda təsir edir"
"Zirə"ni təbrik edirəm. Birinci hissədə istədiyimizi edə bildik, mübarizə apardıq. Oyunun 60-cı dəqiqəsində oyundan düşdük və məğlub olduq. Toparlanıb, qarşıdakı oyunlara köklənmək lazımdır".
Sportlife.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 24-cü turunda "Zirə"yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis daha sonra söyləyib: Əlbəttə,"Zirə"nin daha istəkli olacağını nəzərə almışdıq. Üç qol epizodunu da özümüz verdik. Qapımıza təyin olunub, sonra ləğv olunan penaltidən sonra uşaqlar "sındı".