
Qol, dəqiqlik, ustalıq – Leandro Andrade
Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"ın ən yaxşı futbolçusu Leandro Andrade oldu. 90 dəqiqə meydanda qalan və yaxşı performans sərgiləyən futbolçu qol da vurmağı bacardı. Kapo-verdeli futbolçu driblinq bacarığı və mübarizələrdəki uğuru ilə diqqət çəkdi.
Hücum xəttində aktivliyi ilə seçilən Andrade "Qarabağ"ın oyun quruculuğunda əsas fiqurlardan biri oldu. O, 41 ötürmədən 32-sini dəqiq yerinə yetirdi (78%) , 2 açar ötürmə etdi və 4 uğurlu driblinqlə (4/4) yadda qaldı.
Andrade qapıya cəmi 1 zərbə endirdi və dəqiq oynayaraq həmin epizodu qola çevirdi. Həm ötürmələrdə, həm də fərdi bacarıq baxımından inamlı çıxış edən futbolçu "Qarabağ"ın hücumlarına dinamika qazandırdı.
Leandro Andrade təkbətək mübarizələrdə də komandası üçün yaxşı işlər gördü. O, 17 mübarizədən 10-dan qalib ayrıldı.
Andrade "Sumqayıt" müdafiəçiləri üçün ciddi problem yaratdı və rəqib oyunçular ona qarşı 3 dəfə qayda pozuntusu etməyə məcbur oldular. Oyun ərzində 10 dəfə top itirməsi onun oyunundakı yeganə mənfi cəhəti idi.
Sportlife.az