"Sabah" Maluda üçün nə qədər ödəyib?
"Sabah"ın Aaron Maluda üçün "Lill" klubuna ödədiyi transfer məbləği bəlli olub.
Sportlife.az Fransa mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 20 yaşlı futbolçuya görə qarşı tərəfə 250 min avro ödəniş edib.
Qeyd edək ki, "Sabah" Aaron Maluda ilə 4 illik müqavilə imzalayıb. Gənc futbolçu ötən ilin sentyabrından "bayquşlar"ın uğurları üçün çalışır. O, bu komandanın heyətində 12 oyun keçirib, 2 qol vurub.