Çempionlar Liqası: Bu həftənin oyunlarına hakim təyinatı

  • 4 Mart 2024, 17:11

Çempionlar Liqasının 1/8 final mərhələsinin martın 5-i və 6-da keçiriləcək cavab oyunlarına hakimlər təyin olunub.

Sportlife.az təyinatları təqdim edir:

5 mart

"Bavariya" - "Latsio": hakim - Slavko Vinçiç, köməkçilər - Tomaz Klancnik, Andraz Kovaçiç, ehtiyatda - Matey Yuq. VAR - Neyc Kaytazoviç, AVAR - Rade Obrenoviç (hamısı Sloveniyadan).

"Real Sosyedad" - PSJ: hakim - Maykl Oliver, köməkçilər - Stüart Bert, Den Kuk, ehtiyatda - Robert Cons. VAR - Stüart Attvell, AVAR - David Kute (hamısı - İngiltərə).

6 mart

"Real Madrid" - "Leypsiq": hakim - Davide Massa, köməkçilər - Filippo Meli, Stefano Alassio, ehtiyatda - Marko Di Bello. VAR - Massimiliano İrrati, AVAR - Paolo Valeri (hamısı - İtaliya).

"Mançester Siti" - "Kopenhagen": hakim - Espen Eskos, köməkçilər - İsaak Başevkin, Anders-Olav Dahle, ehtiyatda - Rohit Saqqi (hamısı - Norveç). VAR - Dennis Hiqler, AVAR - Rob Dieperink (hər ikisi Niderland).


Paylaş: