ÇL: Beş komanda vəsiqəni təmin etdi
Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunun oyunlarından sonra pley-offa vəsiqəni təmin edən 5 komanda müəyyənləşib.
Sportlife.az xəbər verir ki, bunlar turnir cədvəlinin ilk "5-liy"ində qərarlaşan "Arsenal", "Bavariya", PSJ, "Mançester Siti" və "Atalanta" klublarıdır.
Liqa mərhələsinin 7 və 8-ci turları 2026-cı ilin yanvarında keçiriləcək.