"Liverpul"n tarixinə düşən macar

  • 11 Dekabr 2025, 12:30

Dominik Soboslainin qolu "Liverpul"un UEFA Çempionlar Liqasında səfərdə komandaya qələbə gətirən ən gec vurulan qol olub.

Sportlife.az xəbər verir ki, Mersisayd klubu Çempionlar Liqasının 6-cı turunda İtaliyada "İnter"i 1:0 hesabı ilə məğlub edib. Klubun yeganə qoluna 88-ci dəqiqədə penaltidən macarıstanlı yarımmüdafiəçi imza atıb.

Bu göstəricidə rekord isə Stiven Cerrarda məxsusdur - 90+3-cü dəqiqə.


Paylaş: