"Niyə fitə basıldığımızı başa düşürəm"
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti"yə 1:2 hesablı məğlubiyyəti şərh edib.
Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu azarkeşlərin komandanı niyə fitə basdığını başa düşdüyünü bildirib:
"Nəsə dəyişib, bunu hiss edirəm. İndi hamımız inkişaf etməli olduğumuzu anlamalıyıq. Niyə bizi fitə basdıqlarını başa düşürəm. İnsanlar komandanı izləmək üçün çox pul ödəyirlər və biz dünyanın ən yaxşı klubunda oynayırıq".