Bədii gimnastlarımız beynəlxalq turnirdə 9 medal qazadı

  • 12 Fevral 2024, 12:44

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Lüksemburqda keçirilən “LUXGR Cup 2024” adlı beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Sportlife.az xəbər verir ki, böyüklər arasında Kamilla Seyidzadə 2 qızıl (çoxnövçülük, gürzlər), 2 gümüş (halqa, lent) və 1 bürünc (top) medala layiq görülüb.

Gənclər arasında Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı isə bürünc (çoxnövçülük) medal əldə ediblər.


Paylaş: