Norrisdən Piastriyə jest

  • 30 Noyabr 2024, 21:04

Qətərdə bu həftəsonu Formula 1-in bu mövsümkü 23-cü yarışı keçirilir.

Sportlife.az xəbər verir ki, bu gün keçirilən sprint yarışında ən sürətlilər "Maklaren" pilotları olub. Müvafiq olaraq Oskar Piastri 1-ci, Lando Norris isə 2-ci yeri tutub.

Yarışı 3-cü sırada isə "Mersedes"dən Corc Rassell bitirib.

Əsas yarış sabah Bakı vaxtıyla saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ötən həftə pilotların mübarizəsində çempionluğu təmin edib.

 

 


Paylaş: