Xalidov Şarafutdinova qarşı

  • 12 Aprel 2024, 16:52

Dağıstanlı döyüşçü Murad Xalidov bu ilin mayında keçiriləcək "Nashe Delo 83" turnirində titul uğrunda mübarizədə Damil Şarafutdinovla döyüşəcək.

Sportlife.az xəbər verir ki, Xalidov liqanın ağır çəkili titulu uğrunda ilk müdafiəsini edəcək. Onun hesabında 7 qələbə və 1 məğlubiyyət var. Murad idman ustası və 10-0 peşəkar rekorda malik boks üzrə Rusiya çempionudur.

Şarafutdinov keçmiş liqa çempionudur. 2022-ci ilin dekabrında idmançı yekdil qərarla Xalidovu məğlub etdi və ağır çəkidə titul qazandı.


Paylaş: