
Ançelottini bezdirən sual
"Real"ın baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanı klublarının Vinisius Juniorla maraqlanması ilə bağlı suallardan bezib.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis braziliyalı hücumçunun komandada qalacağına inandığını bildirib:
“Bu mövzudan bezmişəm, amma məni narahat etmir. Vinisiusu xoşbəxt görürəm və bu məni sevindirir. "Real"da hazırda bu mövzu müzakirə olunmur, o da bu barədə danışmır. Vinisius inişaf etmək istəyir. Düşünürəm ki, uğur qazanmağa davam edəcək".