Baş hakim "İnter Mayami" forması geyindiyi üçün dəyişdirildi

  • 3 Mart 2024, 16:11

MLS-də "İnter Mayami" - "Orlando" matçından (5:0) əvvəl baş hakim dəyişdirilib.

Sportlife.az "The Athletic"ə istinadla xəbər verir ki, əvvəlcə oyunu Gilyerme Seretta idarə etməli idi. Lakin sosial şəbəkələrdə braziliyalının "İnter Mayami"nin formasında olan fotoları yayılıb. Bununla əlaqədar olaraq, hakim dəyişdirilib - oyunu 4-cü hakim Xayme Herrera idarə edib.

Qələbə sayəsində Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Albanın yer aldığı "İnter Mayami" üç matçdan sonra 7 xalla MLS Şərq Konfransına başçılıq edir.


Paylaş: