Bundesliqanı Premyer Liqaya dəyişə bilər
"Bavariya"nın müdafiəçisi Saşa Boe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, "Kristal Pelas" və "Vest Hem" 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Hər iki klub qarşıdan gələn transfer pəncərəsində Boeni heyətə cəlb etməyi düşünür. Boeyə "Yuventus" klubu da maraq göstərir.
Saşa Boenin "Bavariya" ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.