Daha bir futbolçu Ərəbistana üz tutdu

  • 12 Fevral 2024, 13:14

Rusiyanın "Soçi" klubunun sabiq forvardı Luka Corceviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportlife.az xəbər verir ki, hücumçu "Abha" komandası ilə müqavilə imzalayıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti bu yay başa çatacaq.

Qeyd edək ki, “Abha” Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Corceviç bunadək "Lokomotiv", "Arsenal Tula" və "Zenit"də də forma geyinib.


Paylaş: