İngiltərəli hücumçu Peleni geridə qoydu
"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərə millisində vurduğu qolların sayına görə əfsanəvi braziliyalı hücumçu Peleni geridə qoyub.
Sportlife.az xəbər verir ki, 32 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Albaniya üzərində 2:0 hesablı qələbə qazandıqları oyunda dubl edib.
O, milli komandada 78-ci qolunu vuraraq, Peleni (77 qol) keçib, İraq yığmasının hücumçusu Hüseyn Səidlə (78) isə eyni göstəriciyə malikdir. Onlar birlikdə reytinqdə 12-ci yeri bölüşürlər.
Reytinqə portuqaliyalı Kriştianu Ronaldu (143) başçılıq edir.