"İnter" və İngiltərə nəhəngləri onunla maraqlanır

  • 2 Aprel 2024, 20:22

Bir neçə Avropa klubu "Atletiko Paranaense"nin qapıçısı Bento üçün mübarizə aparır.

Sportlife.az jurnalist Matteo Morettoya istinadla xəbər verir ki, "İnter" 24 yaşlı braziliyalının çıxışlarını izləyir. Premyer Liqanın bir neçə klubu da qapıçı ətrafındakı vəziyyəti izləyir. Mümkün transferin məbləğinin 20 milyon avro civarında ola biləcəyi gözlənilir.

Bento "Atletiko Paranaense"nin yetirməsidir. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 12 oyun keçirib, altı qol buraxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna kimi nəzərdə tutulub.


Paylaş: