İspaniya millisində ciddi itki

  • 17 Noyabr 2025, 13:34

"Real"ın mərkəz müdafiəçisi Din Heysen zədə səbəbindən İspaniya millisinin heyətindən kənarlaşdırılıb.

Sportlife.az xəbər verir ki, 20 yaşlı futbolçu əzələlərindəki narahatlığa görə DÇ-2026-nın seçmə mərhələsində Gürcüstana qarşı oyunu (4:0) buraxıb. O, eyni zamanda noyabrın 18-də Türkiyə ilə matçı da buraxacaq.

Federasiya açıqlamasında oyunçunun sağlamlığını və rifahını əsas götürərək,onu milli komandadan azad etmək qərarına gəldiklərini bildirib.

Heysen "Real"dakı ilk mövsümündə 13 oyun keçirib və bir məhsuldar ötürmə edib.


Paylaş: