Konte: Həyat yoldaşım çox əsəbidi
"Çelsi"nin baş məşqçisi Antonio Konte "Svonsi" ilə matç zamanı görüşün baş hakimi ilə mübahisə etdiyi üçün tribunaya göndərilmişdi. Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra buna görə İntizam Komitəsi tərəfindən 8 min funt-sterlinq cərimə olunub.
Məsələni zarafat qarışıq şərh edən Konte bu cəzaya görə həyat yoldaşına ad günü hədiyyəsi ala bilmədiyini deyib:
"Həyat yoldaşım çox əsəbidi. Evdə məni öldürür. Bu cəzaya görə ona ad günü hədiyyəsi ala bilməyəcəyimi dedim. Onun özü və qızım da həmin matçda idilər. Bu səbəblə mənim üçün çətin anlar idi. Yaşananlarla fəxr etdiyimi deyə bilmərəm. Ancaq o anda doğru reaksiya göstərdiyimi düşünürəm".
İtalyan baş məşqçi gözündəki qızartı ilə bağlı suala isə, "Yəqin həyat yoldaşımın vurduğu yumruğa görə belə oldu" - cavabını verib.