Konte "Napoli"nin baş məşqçisi postuna əsas namizəddir
"Yuventus"un keçmiş baş məşqçisi Antonio Konte "Napoli"yə rəhbərlik edə bilər.
Sportlife.az "La Gazzeta dello Sport"a istinadla xəbər verir ki, klub prezidenti Aurelio De Laurentisin mütəxəssislə yaxşı münasibəti var. Neapolitan rəhbərliyinin transfer bazarında məşqçiyə "kart-blanş" verməyə hazır olduğu qeyd edilir.
54 yaşlı Kontenin son klubu "Tottenhem"dir. O, 2023-cü ilin martında London klubunu tərk edib. İtaliyalı futbolçu İtaliya millisi, "Yuventus", "Çelsi", "İnter" və "Atalanta"ya da rəhbərlik edib.