Luçesku evə buraxıldı
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanadan buraxılıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis ötən gün tibbi müayinədən keçib. Bundan sonra həkimlər onun evə buraxılmasına icazə veriblər.
Luçeskunun tezliklə öz işinə qayıtması gözlənilir.
Qeyd edək ki, o, ürəyindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.