
"Qoca Sinyora" son dəqiqədə sevindi
İtaliya A Seriyasının 26-cı turunun matçında "Yuventus" doğma meydanda "Frozinone"yə qalib gəlib - 3:2.
Sportlife.az xəbər verir ki, turinlilərin heyətində Duşan Vlahoviç dubl edib. Serbiyalı forvard 3-cü və 32-ci dəqiqələrdə fərqlənib. Sonda dəqiqədə qələbə qolunu Daniele Ruqani vurub.
"Frozinone"nin qollarını Valid Çeddira (14-cü dəqiqə) və Marko Brescianni (27-ci dəqiqə) vurub.
"Yuventus" (57 xal) A Seriyasında ikinci pillədə qərarlaşıb.