"Real" və "Barselona" braziliyalı uğrunda mübarizə aparacaq

  • 21 Noyabr 2023, 16:41

Braziliya millisinin və “Arsenal”ın hücumçusu Qabriel Jezus İspaniyanın top-klublarının maraq dairəsinə düşüb.

Sportlife.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat verib.

Dəyəri 75 milyon avro olaraq qiymətləndirilən 26 yaşlı futbolçunun transferi üçün "Barsa" və "Real" mübarizə aparmaq niyyətindədir. Onun londonlularla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Qabriel bu mövsüm İngiltərə Premyer Liqasında 7 oyun keçirib, 1 qol vurub.


Paylaş: