"Sevilya" argentinalı futbolçuyla yolları ayırmağı düşünür

  • 29 Noyabr 2024, 13:43

"Sevilya" "Brayton"dan icarəyə götürdüyü Valentin Barkonu müqaviləsini ləğv etməyi düşünür.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, İspaniya klubu yetərincə heyətə düşə bilməyən gənc futbolçunu yanvar ayında geri göndərəcək.

Barko bu ilin yayında "Sevilya"ya qoşulub. O, La Liqada 7 oyunda cəmi 286 dəqiqə meydanda olub.

 


Paylaş: