Slot təsdiqlədi: İsak bir neçə ay oynamayacaq
"Liverpul"un baş məşqçisi Arne Slot Aleksander İsakın zədəsindən danışıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis isveçli hücumçunun uzun müddətə sıradan çıxdığını bildirib:
"Bu zədə uzunmüddətli, bir neçə ay davam edəcək. Bu, onun və nəticə etibarilə bizim üçün böyük bir məyusluqdur".
Qeyd edək ki, 26 yaşlı futbolçu ayaq biləyi zədəsi və fibula sümüyünün sınığı səbəbindən əməliyyat olunub.
Ötən yay "Liverpul" İsakı Nyukasldan rekord məbləğə - 125 milyon funt sterlinqə alıb. İsveçli hücumçu "qırmızılar"ın heyətində 16 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.