![](https://sportlife.az/storage/xeber/01JM4AZAT0H1Z52PCV9NE3DQDD.jpg)
Vinisiusun 25 milyonluq şərti
Braziliyalı futbolçu Vinisius Junior İspaniyanın "Real Madrid" klubu ilə yeni müqavilə imzalayacağı təqdirdə, ildə 25 milyon avrodan çox qazanmaq istəyir.
Sportıife.az xəbər verir ki, belə əmək haqqı braziliyalı hücumçunu komandanın ən yüksək ödənişli oyunçusuna çevirə bilər.
Hazırda o, Kilian Mbappe və Cud Bellingem qədər - ildə 15 milyon avro qazanır.
Səudiyyə Ərəbistanından isə Vinisiusa, şayiələrə görə, 5 illik müqavilə qarşılığında 1 milyard avro və ya ildə 200 milyon avro təklif edirlər.
Vinisiusun agenti artıq “Real Madrid” təmsilçiləri ilə iki görüş keçirib. İlk görüşdə "sambaçı"nın tələbi rədd edilib, ikincisində isə oyunçunun nəyi və hansı səbəbdən istədiyi xahiş olunub. Hazırda gözlənilən üçüncü görüşdə tərəflər razılığa gəlməyə çalışacaqlar.