Xavini gözləyən "Napoli" təhlükəsi

  • 12 Fevral 2024, 16:12

"Barselona" rəhbərliyi komandanın baş məşqçisi Xavini istefaya göndərməyi düşünür.

Sportlife.az AS-a istinadla xəbər verir ki, bu, Çempionlar Liqasının 1/8 finalında “Barselona”nın “Napoli”yə uduzduğu halda baş verə bilər.

"Barselona"nın prezidenti Joan Laporta və klubun idman direktoru Dekonun Xavinin oyunundan məyus olmağa başladığı iddia edilir. Laportanın ətrafı ona mövsüm ərzində baş məşqçisini dəyişməyi məsləhət görür.


Paylaş: