Zlatan İbrahimovic oz filmini cekir, manchester united

Zlatan İbrahimoviç öz filmini çəkir

  • 3 Dekabr 2017, 00:34

"Mançester Yunayted"in isveçli ulduzu Zlatan İbrahimoviç maraqlı bir addım atmağa hazırlaşır. Sportlife.az xəbər verir ki, 36 yaşlı hücumçu öz həyatı barədə film çəkəcək.
 
Bu barədə yazar David Laqerkranç məlumat verib. Laqerkranç Zlatanın bu layihə üçün çox həyəcanlı olduğunu deyib: "Zlatanla görüşdüm və layihə üzərində uzun müddət söhbət etdik. Diqqətli bir şəkildə həyata keçirəcəyimiz bir layihə olacaq. İkimiz də bu layihə üçün çox həyəcanlıyıq".
 
Zlatanın filmində aktyorların olub-olmayacağı, filmin nə vaxt vizyona girəcəyi açıqlanmayıb. Bununla yanaşı çəkilişlərə yeni ildən başlanılması gözlənilir.

Paylaş: