AFFA millini Çerçesova tapşırır? - RƏSMİ AÇIQLAMA

AFFA millini Çerçesova tapşırır? - RƏSMİ AÇIQLAMA

  • 1 Dekabr 2023, 17:40

Mətbuatda “Spartak”ın və Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesovun Azərbaycan millisinə baş məşqçi təyin ediləcəyi ilə bağlı iddialar mövcuddur.

Sportlife.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün AFFA-nın mətbuat katibi Elnur Məmmədli ilə əlaqə saxladı.

Qurum rəsmisi saytımıza açıqlamasında Çerçesovla danışıqların başladığına dair iddiaları belə cavablandırdı:“Bizdə hələ ki bu barədə məlumat yoxdur. Komandanın qarşıdakı oyunu martda olacaq. Millinin baş məşqçi postuna tez bir zamanda təyinatın olacağı real görünmür. Çünki qarşıda kifayət qədər vaxt var. Mart ayında yoldaşlıq oyunu olacaq. Bu baxımdan tələsik addım atmağa dəymir. Yaxın günlərdə işçi qrupunun heyəti haqqında məlumat veriləcək. İşçi qrupunun araşdırmalarından sonra baş məşqçi postuna təyinat olacaq”.

Xatırladaq ki, yaxın günlərdə 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən De Byazi ilə yollar ayrılıb.

Nərmin VÜQARQIZI

 


Paylaş: