17 Noyabr 2023, 00:59
Emin Mahmudov dubl etdi, belə sevindi

AVRO-2024-ün qrup mərhələsində İsveçlə doğma meydanda qarşılaşan millimiz qonaqları 3 cavabsız qolla məğlub edib. 

Sportlife.az xəbər verir ki, qarşılaşmada dubl edən millimizin kapitanı Emin Mahmudov fantastik qola imza atıb. 31 yaşlı futbolçu instaqram hesabında sevincini bu sözlərlə ifadə edib: 

"Karyeramda ən gözəl qol və ən gözəl qələbələrdən biri! Bütün azarkeşlərimizi təbrik edirəm!"

NƏRMİN VÜQARQIZI