“Qəbələ” 1-ci Liqa komandası ilə qarşılaşacaq

  • Dünən, 11:39

“Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi 1-ci Liqa komandası “Baku Sportinq”lə qarşılaşacaq.

Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək və oyuna saat 14:00-da start veriləcək.

Təlim-məşq toplanışı çərçivəsində “Qəbələ” daha əvvəl “Kəpəz” (3:1) və “Araz-Naxçıvan”la (1:0) qarşılaşıb.


Paylaş: